Diyetoloq bitki yağları ilə bağlı həqiqəti açıqladı

Diyetoloq bitki yağları ilə bağlı həqiqəti açıqladı

Diyetoloq Kerri Bison bitki yağının orqanizmə zərərləri ilə bağlı həqiqəti açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “HuffPost məlumat yayıb.

Diyetoloq qeyd edib ki, bir çox insan günəbaxan, raps və hətta zeytun yağlarının xolesterin səviyyəsinin artmasına səbəb olduğunu düşünür. Lakin bu, tam olaraq doğru deyil. Onun sözlərinə görə, həqiqətən də qızardılmış qidaları sağlam hesab etmək çətindir, amma bu, bitki yağlarına görə yox, həmin qidaların tərkibində çoxlu duz, yağ və az miqdarda lif olması ilə bağlıdır.

Kerri Bison əlavə edib ki, bitki yağları əslində çox faydalıdır. Çünki onların tərkibində antioksidantlar və əvəzolunmaz “omeqa-6” yağ turşuları mövcuddur. Onun sözlərinə görə, “omeqa-6” orqanizm üçün vacibdir, lakin bədən tərəfindən sintez olunmur və yalnız qidalanma yolu ilə qəbul edilə bilər. Bununla belə, bu yağ turşusunun normadan artıq qəbul edilməsi xolesterin səviyyəsinin artmasına səbəb ola bilər. Buna görə də gündəlik rasionda bitki və heyvani yağların ümumi payının 35 faizdən çox olmaması tövsiyə olunur.

Diyetoloq, həmçinin qeyd edib ki, “omeqa-6” yağ turşusunun orqanizmdə potensial mənfi təsirlərini “omeqa-3” yağ turşularının (məsələn, yağlı balıqlar, kətan və çia toxumları, qoz) istifadəsini artırmaqla balanslaşdırmaq mümkündür. Beləliklə, bitki yağlarını menyudan tamamilə çıxarmağa ehtiyac yoxdur. Sadəcə, qidalanmada müxtəlifliyə diqqət yetirmək və doymamış yağ turşuları ilə zəngin olan raps və zeytun yağına üstünlük vermək kifayətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 2 =