“Doğru Vəd 1” və “Doğru Vəd 2” əməliyyatları “İsrail” xəyanəti dövrünün bitdiyini göstərdi

“Doğru Vəd 1” və “Doğru Vəd 2” əməliyyatları “İsrail” xəyanəti dövrünün bitdiyini göstərdi

Nümayəndə heyəti ilə birlikdə Tehranda keçirilən mitinqdə iştirak edən Həmas siyasi bürosunun sədr müavini Fələstin xalqının öz torpaqlarını tərk etməyəcəyini vurğulayaraq İranın Qəzzəyə verdiyi dəstək və “Doğru Vəd 1 və 2” əməliyyatlarının sionist rejimin zülmünə son qoymağın vaxtının yetişdiyinə sübut etdiyini deyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (11 fevral)  Tehranda çıxış edən Xəlil əl-Həyyə deyib: Sionistlər heç nəyə nail ola bilmədilər. Hamını öldürdülər, bağları və ağacları məhv etdilər, lakin fələstinlilər güclü, möhkəm və bacarıqlı olaraq qaldılar. Allah sionistlərin hiylə və təcavüzkarlığını özlərinə qaytardı və onların cinayət selini dayandırdı. Allah Quranda kafirlərin cavabını verəcəyini və onlar heç bir xeyir görməyəcəklərini, möminlərin isə uca və əziz qalacaqlarını buyurub.  Əqsa Tufanı zülm və təcavüzə qarşı qalxdı. Bu əməliyyatın bir çox əlamətləri var idi. Bu əməliyyatda millət və müqavimət birləşdi. Bu əməliyyat səngərdə yerləşdiyi üçün uğurlu oldu. Fələstinli şəhidlərin qanı torpağı suladı və qələbə qazandı. İman möminlərin qəlbinə hakim olduğu üçün bu əməliyyat uğurlu alındı. Fələstin xalqının bu əməliyyata dəstəyi ilə səbrləri ilə bu qələbəni sürətləndirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 3 =