Doha danışıqlarından əvvəl sionist rejim Qəzzə bombardmanlarını artırıb

Doha danışıqlarından əvvəl sionist rejim Qəzzə bombardmanlarını artırıb

Mossad təşkilatının rəhbəri atəşkəs danışıqlarını bərpa etmək üçün Qətərə səfərinin başlaması ilə işğalçı ordu Qəzzanın müxtəlif bölgələrini bombalamasını daha da artırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Qəzzada müharibə 273-cü gündür davam edir və işğalçı ordu mühasirənin ortasında Qəzzanın müxtəlif bölgələrini bombalamağa davam edir. Amma İsrail mediaları müharibənin dayandırılması və girov mübadiləsi üçün razılaşma ehtimalını artdığından bəhs edirlər.

İsrail mətbuatının məlumatına görə, Mossad terror təşkilatının rəhbəri David Barniya bu gün (5 iyul) atəşkəs danışıqlarını bərpa etmək üçün Qətərin paytaxtı Dohaya gedir və Fələstin mediası danışıqlar başlamazdan əvvəl işğalçı ordunun müxtəlif bölgələri havadan bombardmanlarını gücləndirdiyindən xəbər verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =