Donald Trampa qarşı sui-qəsd cəhdi

Donald Trampa qarşı sui-qəsd cəhdi

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinqi zamanı atəş açılıb.

Mitinqin yayımı siyasətçinin “YouTube” kanalında aparılıb.

Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ ələ keçməyib.

https://www.youtube.com/watch?v=SP-DUA3olUg

Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Əlavə olaraq KİV-də yayılan məlumatlara görə silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 17 =