Donald Trampın böyük oğlu 2028-ci ildə prezidentliyə namizəd göstərilib

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Con Tramp 2028-ci ildə Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Qeyd olunub ki, xəbəri kiçik Tramp özü də təsdiq edib.
Məlumat üçün əlavə edək ki, 2028-ci ildə prezidentliyə namizədlərin arasında ABŞ vitse-prezidenti Cey Di Vensin və ABŞ-nin hazırkı dövlət katibi Marko Rubionun adları hallandırılır.