Doqquzuncu ABŞ federal edamı ölümcül inyeksiya ilə həyata keçirildi

Doqquzuncu ABŞ federal edamı ölümcül inyeksiya ilə həyata keçirildi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Mövcud ABŞ rəhbərliyinin bu ölkədə federal edam rekordunu qırmaq səylərindən sonra, doqquzuncu federal edam ölümcül inyeksiya ilə həyata keçirildi.

Son aylarda federal edamları artıran Donald Trampın rəhbərlik etdiyi ABŞ hökuməti, doqquzuncu edamını ölümcül iynə ilə həyata keçirdi.

Rus şəbəkəsi Russia today xəbər verir ki, 1999-cu ildə Texasda iki nəfərin öldürülməsində iştirak etməkdə günahlandırılan qaradərili Amerika vətəndaşı Brendon Bernarda zəhər vurulub və o, bu il edam cəzasına məhkum edilmiş doqquzuncu Amerikalı məhkumdur.

Cinayət törədildiyi zaman 18 yaşında olan Bernard, Cümə axşamı gecə, Indiana ştatındakı Federal Cəza Mərkəzində ölümcül inyeksiya tətbiq edilərək edam edildi.

Tramp 2017-ci ildə hakimiyyətə gəlməzdən əvvəl son federal edam 2003-cü ildə reallaşmışdı, lakin Donald Tramp administrasiyası artıq 2020-ci ildə 13 ABŞ məhbusundan doqquzunun edamını icra etmişdi.

İngiltərənin “İndependent” qəzeti ABŞ Prezident seçkilərində Donald Trampın məğlubiyyətini vurğulayaraq yazdı:

“Tramp digər Prezidentlərdən daha çox federal məhbusları edam etmək ərəfəsindədir Reuters xəbər verir ki, Tramp tərəfindən edam edilənlərin sayı, ABŞ-ın keçmiş Prezidentləri tərəfindən 1963-cü ildən bu yana verilən əmrlərin sayına görə ikiqat artır.

Bundan əvvəl ABŞ Prezidenti ABŞ polisini hədəf alan insanların edam edilməsinə çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 13 =