“Dostluq” yatağı ilə bağlı sənəd təsdiq üçün parlamentə göndərilib

“Dostluq” yatağı ilə bağlı sənəd təsdiq üçün parlamentə göndərilib

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu daxil edilib.

Memorandum təsdiq edilmək üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − nine =