Dövlət Departamenti: Qəzzada atəşkəs razılaşması iflasa uğraya bilər
Qəzzada atəşkəsin elan olunması barədə razılaşma iflasa uğraya bilər.
“Times of Israel” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmilərindən biri deyib.
Qeyd olunub ki, ABŞ, İsrail, Misir və Qətər rəsmilərinin iştirakı ilə hazırlanan təkliflər paketi indiki şərait üçün alternativsiz olsa da onun yerinə yetiriləcəyinə şübhə yaranıb.
Şübhələri aradan qaldırmaq və razılaşmanın digər detallarını müzakirə etmək üçün Ağ Evin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett MakQerk bu həftə regiona səfər edəcək.