Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını açıqlayıb
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 282 mln 736,5 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% azdır.
Bu ilin ilk ayında gömrük rüsumları üzrə daxilolmalar 8,6 % azalaraq 77 mln 124,7 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 17,9 % azalaraq 193 mln 741,1 min manat, aksizlər üzrə daxilolmalar 5,9 % azalaraq 9 mln 107,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,3 % azalaraq 2 mln 763,6 min manat olub.
TREND