Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında AÇG yatağından 3 milyard 488,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 152 milyard 892 milyon ABŞ dolları təşkil edib.

O cümlədən hesabat dövründə “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-avqust aylarında əldə olunan gəlir 130,137 milyon ABŞ dolları təşkil edib.

O cümlədən hesabat dövründə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 57,131 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 797 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), “SGC Upstream” (6,7 %), “Petronas” (15,5 %), “LUKoil” (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seventeen =