“Dövlət Suverenliyi Günü” birmənalı qarşılanmadı

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sentyabrın 19-da imzaladığı sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sərəncamda 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyması və bu bölgəyə nəzarəti tam bərqərar etməsinə toxunulur və bildirilir ki sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.

İlham Əliyevin bu qərarına ilk reaksiya Müsavat Partiyasının sədri İsa Qəmbərdən gəlib. O 20 sentyabrı çox önəmli gün hesab etsə də prezidentin qərarına iradını bildirib.

“Bu kimi məsələlər barədə ciddi hərtərəfli müzakirələrdən sonra qərar verilməlidir. Yəni 20 sentyabrın bayram günü kimi qeyd edilməsi zərurəti müzakirə olunmalıdır, həm hüquqi, həm də siyasi baxımdan hərtərəfli araşdırılmasına ehtiyac var.”- İsa Qəmbər deyib.

Partiya sədrinə görə Azərbaycanın suverinliyi günü üçün 1918-ci ilin 15 sentyabrı, Bakının işğaldan azad edilməsi günü əsas götürülməlidir:

O bu kimi məsələlərin ictimaiyyətin rəyi nəzərə alınmaqla gerçəkləşdirilməli olduğunu bildirib.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə hesab edir ki, belə bir sərəncamın imzalanması insani və siyasi baxımdan qeyri-təvazökarlıqdır:

Azər Qasımlıya görə İlham Əliyev dönəmində böyük uğur qazanılsa da bu proses tam bitməyib:

 “Bu proses tam bitməyib və sonunun nə olacağını da bilmirik. Çünki ölkədə demokratik institutlar məhv edildiyindən bu mövzuda bütün informasiyalara əlimiz çatmır. Kremllə Əliyevi birləşdirən nələr var, bunun faktoloji tərəfindən xəbərsizik”,- Azər Qasımlı deyib.

Ekspertə görə, bu qərarı sonrakı iqtidarlar verməli idi:

“Bu hadisə məhz mənim dönəmimdə olduğundan sərəncamı da mən verirəm” yanaşması təvazökar yox, “tək adam” rejiminin istədiyini Azərbaycan tarixinə təlqin etməsidir. Yaxşı olardı ki, sonrakı iqtidarlar bu qərarı versin”,- Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 3 =