Dövlət Vergi Xidməti 2,5 milyon manatlıq 2 tenderə yekun vurub

Dövlət Vergi Xidməti 2,5 milyon manatlıq 2 tenderə yekun vurub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi və ona texniki dəstəyin göstərilməsi (1), eləcə də informasiya texnologiyaları üzrə tələb olunan avadanlıqlara, proqram təminatlarına, onların lisenziyalarına texniki dəstək, quraşdırma, qurulma və sazlanma işlərinin yerinə yetirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Tenderlərin qalibi Rusiyaya məxsus “Nuqa Development” MMC, eləcə də yerli “Caspel” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 986 min manata və 1,483 milyon manat, ümumilikdə isə 2,469 milyon manat ödəniləcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − eleven =