Dubay Hava Limanı bombalandı

Dubay Hava Limanı bombalandı

Yəmən ordusu BƏƏ-nin Yəməndə bir sıra düşmənçilik və təhlükəli addımlarına cavab olaraq Dubay Hava Limanı və bir neçə strateji obyektlərinə zərbə endirib. Beləliklə, əvvəlki əməliyyatlardan fərqli olaraq, BƏƏ liderlərini şoka salıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü dünən bazar ertəsi təkfirçi-sələfi qüvvələrini Yəmənin cənubuna köçürən ölkələr, xüsusilə də BƏƏ başda olmaqla işğalçı koalisiyaya xəbərdarlıq edib və onlarara qarşı “Yəmən Fırtınası” əməliyyatına başladığını açıqlayıb.

O, “İsarul-Yəmən” adlanan əməliyyat zamanı Yəmən Ordusunun raket və İHA birliklərinin müştərək əməliyyatda Əbu-Dabi və Dubay Beynəlxalq Hava Limanları, Əl-Musaffah Neft Emalı Zavodu və BƏƏ-dəki bir sıra mühüm ərazi və obyektləri 5 ballistik raket və çoxlu sayda İHA-larla hədəfə aldığını bildirib.

Associated Press Yəmən ordusunun pilotsuz təyyarəsi və Əbu-Dabidəki Əl-Musaffah neft obyektinə raket hücumunun peyk görüntülərini dərc edərək, bu görüntülərin raketlərin və ya pilotsuz təyyarələrin hədəfi vurduğunu göstərdiyini yazıb.

Bu görüntülərdən birində tüstü sütunu qalxıb, digərində isə hücumdan sonra obyekt dağıdılıb.

Briqada Generalı Yəhya Səri həmçinin bildirib ki, Yəmən Silahlı Qüvvələri gələcəkdə hədəflərin siyahısını genişləndirməkdən çəkinməyəcək, BƏƏ-ni “təhlükəsiz ölkəcik” adlandırıb və xarici şirkətləri, vətəndaşları və ölkədəki digər ölkələrin sakinlərini Kritik obyektlər və mərkəzlərdən uzaq qalmağa çağırb.

BƏƏ ilkin bəyanatında iddia edib ki, insident nəticəsində əl-Məsfa bölgəsində yanğın baş verib, nəticədə bir pakistanlı və iki hindistanlı ölüb, altı nəfər yaralanıb. Aviaşirkətlərin monitorinq saytlarından alınan məlumatlar da Abu Dabiyə bəzi uçuşların ləğv edildiyini və ya gecikdiyini göstərdi.

Bloomberg Xəbər Agentliyi də Cənubi Koreya Prezidentinin ofisinə istinadən onun dünən günorta saatlarında Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed və Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini ilə görüşməsinin planlaşdırıldığını və bu görüşün “gözlənilməz hadisələrə görə” ləğv edildiyini bildirib. “.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 18 =