Dubay hava limanında 200 israilli saxlanıldı

Dubay hava limanında 200 israilli saxlanıldı

BƏƏ təyyarəsi ilə Dubaya yollanan 200-ə yaxın israilli sərnişin hava limanında saxlanılıbSputnik-in verdiyi məlumata görə, Sionist KİV-i bazar ertəsi gecəsi BƏƏ təyyarəsi ilə Dubaya yollanan 200-ə yaxın israilli sərnişininin viza ilə bağlı problem səbəbindən Dubay hava limanında saxlanılıb. Onlara şəhərə daxil olmalarına icazə verilməyib.

Məlumata görə, yeni qanuna əsasən işğalçı İsrail rejimi vətəndaşlarından BƏƏ-yə daxil olmaları üçün viza tələb olunur.

Sionist xəbər mediasının verdiyi məlumata görə, israillilərə xüsusi elektron formaları doldurana qədər BƏƏ-yə girə bilməyəcəkləri söylənilib.

Bundan əlavə Tel-Əviv-Dubay reysi İsrail Hava Yolları tərəfindən təxirə salınıb. Sionist rejimin BƏƏ-yə ilk uçuşu Səudiyyə Ərəbistanı rejiminin İsrailə hava məkanından mülki uçuşlar üçün icazə verməsindən sonra, 1 dekabr tarixində reallaşıb.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + five =