Dumada ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarını araşdıracaq komissiya yaradılıb

Dumada ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarını araşdıracaq komissiya yaradılıb

Rusiya Dövlət Dumasında ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyətini araşdırmaq üçün komissiya yaradılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Ukraynadakı bioloji laboratoriyaların fəaliyyətini araşdırmaq üçün komissiyanın yaradılması və onun tərkibinə daxil edilməli olan deputatların siyahısı barədə qərar layihəsinə Dövlət Dumasının bu gün keçirilən plenar iclasında baxılıb.

Komissiyaya dumanın bütün fraksiyalarında 14 deputatın adı daxil edilib. Dumanım spikeri Vyaçeslav Volodin bildirib ki, komissiyanın yaradılması haqqında sənədi 448 deputat imzalayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada ABŞ-ın bioloji laboratoriyalarının mövcudluğu və həmin laboratoriyaların istismarına 200 milyon dollardan çox pul xərcləndiyi barədə məlumatların olduğuna dair təqdimat keçirib.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =