Dünya Bankı: Qəzzanın infrastrukturuna dəyən ziyan 18,5 milyard dollar olaraq qiymətləndirilir

Dünya Bankı: Qəzzanın infrastrukturuna dəyən ziyan 18,5 milyard dollar olaraq qiymətləndirilir

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının son hesabatında İsrailin hücumları nəticəsində Qəzzanın infrastrukturuna dəyən zərərin indiyədək 18,5 milyard dollar olduğu göstərilir.

İRNA-nın “Reuters”ə istinadən çərşənbə axşamı yaydığı xəbərə görə, bu rəqəm 2022-ci ildə İordan çayının qərb sahili və Qəzzanın ümumi daxili məhsulunun 97 faizinə bərabərdir.

Hesabat göstərir ki, strukturlara dəyən ziyan Qəzza iqtisadiyyatının hər sektoruna təsir edib.

Bu hesabata görə, yaşayış binalarına dəyən ziyan ümumi zərərin 72 faizini təşkil edir. Həmçinin, su, səhiyyə və təhsil kimi ictimai xidmət infrastrukturuna dəyən ziyan bu zərərlərin 19%-ni, ticarət və sənaye binalarına dəyən ziyan isə 9%-ni təşkil edir.

Bu hesabatda əlavə edilir: “Bu zərərlərdən sonra təqribən 26 milyon ton dağıntı yaranıb və bunun aradan qaldırılması və toplanmasının illər çəkəcəyi təxmin edilir.”

İRNA-nın məlumatına görə, sionist rejim son 6 ayda Qəzzada kütləvi qırğınlara başlayıb. Bu rejim Qəzza zolağında bütün keçidləri bağlayıb və bu ərazini bombalayır. İndiyədək 32 mindən çox fələstinli şəhid olub, 74 mindən çox fələstinli isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =