Dünya KİV-ləri Netanyahu və Bayden üçün “probmlemli qərarı” təhlil edib
Dünya mediaları şənbə günü, yanvarın 27-də öz xəbərlərində Haaqa Məhkəməsinin hökmünü Benyamin Netanyahunun müharibə kabineti üçün böyük problem kimi qiymətləndirib və bu qərarın siyasi nəticələrinin hətta Co Baydeni də təhdid etdiyini vurğulayıblar.
Haaqa Məhkəməsinin qərarının yayılmasından sonra ibranicə “Haaretz” qəzeti bununla bağlı yazıb: “Haaqa tribunalının qərarı və İsrailin əməl etməli olduğu qərarlar Netanyahu və onun müharibəni bitirmək üçün istənilən addımı rədd edən radikal nazirləri üçün böyük problem yaradacaq.”
“Guardian” qəzeti də Haaqadakı dünənki görüşə istinad edərək yazıb: “Təl-Əviv Ədalət Məhkəməsinin qərarına məhəl qoymaya bilər, amma belə etsə, Amerika və İngiltərə üçün çətin olacaq.”
“The Hill” qəzeti Haaqa Məhkəməsinin hökmünü İsrail rejiminə “zərbə” kimi qiymətləndirərək yazıb ki, əsas zərbə “məhkəmənin bu işi araşdırmaq və davam etdirmək üçün kifayət qədər ağlabatan hesab etməsi” oldu. İndi hakimlərin qərarı İsrailin müharibəni davam etdirməsi ilə bağlı əsaslandırmalarını çətinləşdirir və onun hərəkətlərinə dəstəyi məhdudlaşdırır.