Dünya Kuboku: Azərbaycan gimnastları qızıl medal qazanıblar

Dünya Kuboku: Azərbaycan gimnastları qızıl medal qazanıblar

Azərbaycanın akrobatika gimnastikası üzrə yığma komandasının üzvləri Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.

“Report”un məlumatına görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük çoxnövçülük proqramında yarışın qalibi olublar.

Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlük, həmçinin, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən təşkil edilən qadın qrupu isə eyni şəhərdə baş tutan beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara sahib çıxıblar.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =