Dünya Müsəlman Alimləri Birliyi sədri Mərakeş hökumətini tənqid etdi

Dünya Müsəlman Alimləri Birliyi sədri Mərakeş hökumətini tənqid etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hərbi naziri ötən çərşənbə günü Mərakeşə gedib və bu ölkə rəsmiləri ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Mərakeş Tel-Əvivdən qabaqcıl hərbi texnika və silahlar alacaq. Tərəflər həmçinin məlumat mübadiləsi və təhlükəsizlik məsələləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Dünya Müsəlman Alimləri Birliyinin rəisi Rabat-Təl-Əviv arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanmasına reaksiya verərək, sosial şəbəkədə öz şəxsi səhifəsində belə yazıb:
“Rabat hökuməti ilə sionist rejim arasındakı əlaqənin daha çox nüfuz və casus yetişdirməkdən başqa heç bir faydası yoxdur.”

“Ər-Rai Əl-Youm” qəzetinin məlumatına görə, Əhməd Risuni sionist rejimlə Mərakeş münasibətlərini bir növ “qadağan olunmuş eşq” adlandırıb və qeyd edib: “Rabat hökuməti bütün qapıları sionist düşmənin üzünə açır, bu rejimlə hərtərəfli müqavilələr imzalayır və iki tərəf arasında ardıcıl görüşlər keçirilir. Bir halda ki, bu, sionist rejimin ideoloji təcavüzünün sonu yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − two =