Dünyada aclıq və böhran: gələn il bu ölkələr… – Proqnoz
Publika.az xəbər verir ki, bu fikri Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsind “RBC TV”-yə müsahibəsində bildirib.
“İnanıram ki, gələn il qlobal ərzaq bazarının rifahı baxımından ən çətin il olacaq və qiymətlərin aşağı düşəcəyini söyləmək hələ tezdir” – o, qeyd edib
Abramçenkonun sözlərinə görə, ərzaq məhsullarının əlçatmazlığı üzündən dünyada aclıq təhlükəsi obyektiv reallıqdır. Onun fikrincə, ərzaq bazarında vəziyyət daha da pisləşəcək: “Vəziyyət ən yoxsul ölkələr üçün xüsusilə çətin olacaq, çünki BMT və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) başqa dünya bazarında aclıq və böhran problemini həll edəcək başqa heç kim yoxdur”.
Publika.az