Dünyanın ən bahalı balı: Giness rekordu

Dünyanın ən bahalı balı: Giness rekordu

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyədə məskunlaşma yerlərindən və digər arı koloniyalarından uzaqda, dəniz səviyyəsindən 2 min 500 metr hündürlükdəki mağarada istehsal edilən kantaron balının kiloqramı 10 min avro ilə dünyanın ən bahalı balı olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Türkiyədə Aralıq dənizi və Egey bölgələrinin hündür bölgələrində yetişən böyüyən kantaron (adi dazı otu – red.) dünyanın ən bahalı balının mənbəyidir. 

Digər arıçılıq təcrübələrində bal ildə 2-3 dəfə, kantaron balı isə yalnız bir dəfə istehsal olunur. 

Ənənəvi baldan çox fərqli, tünd rəng və acı dadı olan bu balın tərkibində maqnezium, kalium, fenol, flavonoidlər və antioksidanlar baxımından yüksək tibbi xüsusiyyətləri var. 

Balın tərkibinin keyfiyyətini və dəyərini təsdiqləmək üçün Türkiyə Elmi Komitəyə göndərilən nümunələri ilə yalnız ən keyfiyyətli məhsullar yığılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − ten =