Dünyanın ən böyük bakteriyası aşkar edildi

Dünyanın ən böyük bakteriyası aşkar edildi

Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.

Dəniz bioloqu Jan-Mari Volland təxminən insan kirpikləri ölçüsündə olan bakteriyanın bu günə qədər elmə məlum olan ən böyük bakteriya olduğunu bildirib. 

Kəşflə bağlı məqalə cümə axşamı “Science” jurnalında dərc olunub. Dəniz bioloqu və kəşfi edən Olivier Gros 2009-cu ildə bu böyük bakteriya ilə bataqlıqda rastlaşıb. 

Olivier Gros və həmkarları əvvəlcə “möhtəşəm kükürd mirvarisi” adını verdikləri 0,9 santimetr uzunluğundakı sapvari quruluşu böyük olduğu üçün bakteriya olduğunu anlamayıblar. 

Gros və həmkarları çürüyən manqrov yarpaqları üzərindəki bu uzun saplı quruluşun lazımi genetik analizlərini tamamlandıqdan çox sonra əslində onun bakteriya olduğunu başa düşüblər. Ətraflı genetik analiz nəticəsində orqanizmin tək bakteriya hüceyrəsi olduğu üzə çıxıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 15 =