Dünyanın ən soyuq nöqtəsi – Mənfi 98 dərəcə

Dünyanın ən soyuq nöqtəsi – Mənfi 98 dərəcə

Dünyada orta temperatur -25 ilə +45 dərəcə arasında dəyişir.

Lent.az xəbər verir ki, dünya canlıların yaşaması üçün normal temperatura malik olsa da, dərəcənin həddən artıq olduğu yerlər də var. Bu cəhətdən dünyanın ən soyuq yeri Antarktidanın şərqidir. Burada ilk dəfə -93 dərəcə temperatur qeydə alınıb. Sonradan isə şaxtanın -98 dərəcə olması üzə çıxıb. 2010-cu ildə Antarktidanın şərqindəki Vostok məntəqəsində -89.2 dərəcə şaxta qeydə alınmışdı.

Bu fakt insanların yaşamadığı əraziyə aiddir. Lakin insan yaşayan ən soyuq yer Şərqi Sibirin Oymyakon məntəqəsidir. Burada normal şaxta -50 dərəcə ətrafındadır. Ən soyuq olaraq, -71 dərəcə qeydə alınıb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =