Dünyanın hər yerində İran İslam İnqilabının qələbəsi qeyd olunub – Foto

Dünyanın hər yerində İran İslam İnqilabının qələbəsi qeyd olunub – Foto

İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilib.

İranın Milli Günü və İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü müxtəlif ölkələrdə qeyd olunub.

Bu mərasim Rusiya, Yunanıstan, İtaliya, İraq, Oman, Cənubi Koreya, Ermənistan, İrlandiya, Bolqarıstan, Azərbaycan, Tacikistan, Türkmənistan, Braziliya, Kolumbiya, Mavritaniya, Bosniya və Herseqovina, Gürcüstan, Banqladeş, Malayziya, Çin və sair ölkələrdə geniş rəğbətlə qarşılanıb.

Bundan əlavə, müxtəlif ölkələrin xarici işlər nazirləri və rəsmiləri İran Xarici İşlər naziri və Prezidentinə ünvanlanmış mesajlar göndərərək, İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə İran hökuməti və xalqını təbrik ediblər.

Rusiya, Belarus, Gürcüstan, Mavritaniya, Suriya, Türkmənistan, Qətər, Kuba, Xorvatiya, Qırğızıstan, Serbiya, Əlcəzair, Venesuela, Rumıniya, Bolqarıstan, Hindistan, Madaqaskar, Pakistan, Çin, Tacikistan, Macarıstan və Tailand, İndoneziyanın xarici işlər nazirləri İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyana ayrı-ayrılıqda təbrik mesajları ünvanlayıb. Təbrik edən rəsmilər arasında Əfqanıstanın Müvəqqəti Hökumətinin Xarici işlər naziri də olub.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres də Əmir Abdullahiyanı İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbrik edib.

İrəvanda da İslam İnqilabının qələbəsinin 44-cü ildönümünün qeyd edilməsi mərasimi cümə günü axşam saatlarında Ermənistan Baş nazirinin müavini, parlamentin sədri, müxtəlif nazirliklərin nazirləri və nazir müavinləri, İrəvan meri, hökumət orqanlarının nümayəndələri daxil olmaqla bir qrup yüksək vəzifəli siyasi xadimin iştirakı iləkeçirilib. Mərasimdə Ermənistan Respublikasının səfirləri və rezident diplomatları, özəl sektorun iqtisadi menecerləri, siyasi partiyaların və Ermənistan Respublikasının mədəniyyət, tədqiqat, elmi və media mərkəzlərinin nümayəndələri iştirak ediblər.

İranın İrəvandakı səfiri Zuhuri mərasimdə deyib: Bu gün biz İran və Ermənistan arasındakı münasibətləri uzunmüddətli münasibətlər, mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanan münasibətlər modeli kimi qeyd edə biləcəyimizdən məmnunluq duyuruq.

O, İranın Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunması istiqamətində son illərdəki təşəbbüslərinə toxunaraq, ötən il iki ölkə liderlərinin intensiv və mənalı görüşləri, eləcə də İran İslam Respublikasının Qafan şəhərində baş konsulluğunun açılışı olduğunu xatırladıb.

Moskvada da İslam İnqilabının qələbəsinin ildönümü qeyd olunub.

Tədbirdə Rusiya Federasiyasının yüzlərlə yüksək rütbəli hərbi və dövlət xadimləri, Rusiyada yaşayan ölkələrin səfirləri, hərbi qulluqçular, tanınmış siyasi, mədəniyyət və din xadimləri, elm və akademik xadimlər, filosoflar, mütəfəkkirlər və Rusiya KİV-lərinin yüksək səviyyəli menecerləri iştirak ediblər.

Baş nazirin müavini, İran və Rusiya Birgə İqtisadi Komissiyasının sədri Aleksandr Novak, Rusiya Prezidentinin elm və texnologiya məsələləri üzrə köməkçisi Andrey Fursenko, Vladimir Putinin iqtisadi və enerji məsələləri üzrə köməkçisi İqor Levitin, Rusiya Müdafiə Nazirinin müavini general Aleksandr Fomin, Rusiyanın muxtar respublikalarının prezidentləri, qubernatorları, bir sıra iqtisadiyyat nazirliklərinin nazir müavinləri və Rusiyanın yüzlərlə tanınmış şəxsiyyəti mərasimdə iştirak edərək, İran səfiri Kazım Cəlalini İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 4 =