Dünyanın ilk avtobus qatarı istifadəyə verilib
Yaponiyada dünyada ilk dəfə həm avtobus, həm də qatar olan nəqliyyat vasitəsi istifadəyə verilib.
SalamNews xəbər verir ki, bu barədə “Japan Times” xəbər yayıb.
O, həm yollarda, həm də relslərdə hərəkət edə bilir. Avtomobil cəmi 15 saniyəyə avtobusdan qatara çevrilə bilir.
Avtobus dizel yanacağı ilə işləyir və 21 sərnişin tutumuna malikdir. Onun sürəti dəmir yolunda saatda 60 kilometr, quruda isə saatda 100 kilometrə çata bilir.
İkili təyinatlı avtomobilə xüsusilə əhalinin qocaldığı kənd yerlərində üstünlük verilməsi planlaşdırılır.
Həmçinin, təbii fəlakətlərdə dəmir yolu xətlərinin yararsız hala düşdüyü halda ikili təyinatlı nəqliyyat vasitələrinin istifadə edilməsi nəzərdə tutulur.
SalamNews.org