Düşmənin fitnə cəhdi sistemin nüfuzundan yaranan təhlükə hissi ilə əlaqədardır

Düşmənin fitnə cəhdi sistemin nüfuzundan yaranan təhlükə hissi ilə əlaqədardır

Prezident deyib: Düşmənin ölkədə fitnə yaratmaq cəhdi İran İslam Respublikasının nüfuz və tərəqqisindən təhlükə hissi ilə bağlıdır.

Höccətül-islam Seyid İbrahim Rəisi bu çərşənbə səhəri hökumət heyətinin iclasında özünün son görüşlərinə və müxtəlif ölkə başçılarının bu görüşlərdəki çıxışlarına toxunaraq, İran İslam Respublikasının müxtəlif sahələrdə tərəqqisini etiraf edib.

Düşmənin ölkədə fitnə yaratmaq cəhdi bu hakimiyyətdən hiss etdikləri təhlükə hissi və sistemin tərəqqisi ilə bağlıdır.

Bu hakimiyyət və rejimin qorunub saxlanmasının, davam etdirilməsinin vacibliyini vurğulayan prezident bəyan edib: İslam Respublikasının qürurlu nüfuzu təfərrüatlı izahat və davamlı mədəniyyət əsərlərinin yaradılması ilə şöhrətlənməlidir ki, düşmənlər bunu keçmişdə olduğundan daha çox dərk etsinlər.

O, çıxışının davamında builki Ərbəin ziyarət mərasiminin həm zəvvarların sayı, həm də mərasimin keyfiyyəti baxımından fərqli keçirildiyinə işarə edərək deyib: Bu il İmam Rzanın (ə) şəhadət ildönümü də fərqli keyfiyyətlə keçirildi və bu iki hadisə bizi qürurlandırır. Gəlin indidən planlaşdıraq ki, gələn il bu mərasimi ən yaxşı şəkildə keçirək.

Prezident bir daha elm, tədqiqat və texnologiya, eləcə də yollar və şəhərsalma nazirliklərinin məsul işçilərini milli mənzil hərəkatı çərçivəsində professorların və ailə quran tələbələrin mənzillə təmin edilməsi məsələsini tezliklə həll etməyi tapşırıb.

O, həmçinin elm və səhiyyə nazirlərini, elm və texnologiya üzrə vitse-prezidenti, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərini Elm Nazirliyində maliyyə və dolanışıq problemlərinin həlli yollarını nəzərdən keçirərək hökumətə təqdim etməyi tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − one =