Əbdüs-Səlam: Qəzzaya dəstək verməkdə Yəmənin mövqeyi sabit və davamlıdır
Ənsarullah Hərəkatının sözçüsü və danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Səlam deyib: “Yəmənin Qəzzaya dəstək mövqeyi həmişə sabit və davamlıdır.”
Əbdüs-Səlam Telegram sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb ki, Qəzzaya dəstək (İsrailə gedən kommersiya gəmilərinin hədəfə alınması) Təl-Əvivin təcavüzü dayandırılana, blokada qırılana və bütün Qəzza zolağına humanitar yardım daxil olana qədər davam edəcək.
“Yəmən heç vaxt öz mövqeyindən geri çəkilməyəcək” – deyə, o, əlavə edib.
Əbdüs-Səlam vurğulayıb: “Fələstini dəstəkləmək dini, insani və mənəvi bir məsuliyyətdir və hər bir müsəlman və azad insan Qəzza xalqına kömək etməlidir.”