Əbu Ubeydə: 4 əsir mühafizə orqanları ilə əlaqəmiz kəsildi
İzzəddin Əl Qəssam batalyonlarının sözçüsü dörd sionist məhbuslarının mühafizəsinə cavabdeh olan bir qrup müqavimət döyüşçüsü ilə əlaqənin kəsdildiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, HƏMAS-ın hərbi qolunun Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə dünən (14 may) Teleqram mesajında yazıb: Son 10 gündür sionist rejimin vəhşicəsinə bombardmanları nəticəsində bizim bir qrup döyüşçümüzlə əlaqəmiz kəsilib. Məhbus “Hersh Goldberg Bolin” də daxil olmaqla 4 israilli məhbus barədə heç bir məlumatımız yoxdur.
Xatırladaq ki, ötən ay əl-Qəssam Kaliforniyada doğulmuş və ailəsi ilə birlikdə işğal olunmuş Qüdsdə yaşayan 23 yaşlı əsir Qoldberq Bolinin videosunu yayımışdı. Bolin videoda Netanyahu və onun kabinetinə müraciət edərək, “Özündən utanmalısan, çünki minlərlə başqa vətəndaşla birlikdə bizi tərk etdin” demişdi.