Əbu Ubeydə: Düşmənin Həması məhv etmə xülyası məğlubiyyətdən qaçmaq arzusudur

Əbu Ubeydə: Düşmənin Həması məhv etmə xülyası məğlubiyyətdən qaçmaq arzusudur

İzzəddin Qəssam batalyonlarının sözçüsü sionist düşmənin Həması məhv etmə xülyasının məğlubiyyəti qəbul etməmək və ondan qaçmaq arzusundan irəli gəldiyini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Übeydə dünən axşam (13 noyabr) sionist ordu qüvvələrinin Qəssam mücahidlərindən daha ağır zərbələr görəcəyini vurğulayaraq deyib: Onlar daha artıq tələfatla üzləşəcəklər. Bizim mücahidlərimiz müharibədən 38 gün keçməsinə baxmayaraq Qəzzə və Beyt Hanunda sionist düşmənlə mübarizəni davam etdirir. Ötən 48 saat ərzində 20 artilleriya tankı və avtomobili məhv edilib.

Əbu Übeydə həmçinin dünən Əl Qəssam qüvvələrinin düşmən mövqelərinə raket hücumlarından da xəbər verərək deyib: İşğalçılara xatırladım ki, bizim 10 nəfər qüvvəmiz olduğu zamanlar da İshaq Şamir və Rabin də müqaviməti məhv etmək röyası ilə yaşayırdılar. Allaha iman və Fələstinə ədalət dualarımızla islam ümməti və Fələstinə dəstək vəzifəmizi yerinə yetirəcəik.

Əbu Übeydə söhbətinin sonunda deyib: Qətərli qardaşlarımız sionist əsirlərin azadlığı üçün çalışır və nisbətən tədbirlər də görülüb. Düşmən 100 girovun azadlığı qarşılığında Qəzzədə 5 günlük atəşkəs və humanitar yardımların qeyd-şərtsiz insanlara çatdırılmasını tələb edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + seven =