Əbu Ubeydə Əl-Əqsa Tufanının ildönümündə: Düşmənə qarşı ağrılı və ağır başa gələn aşınma müharibəsi aparmağa davam edirik

Əbu Ubeydə Əl-Əqsa Tufanının ildönümündə: Düşmənə qarşı ağrılı və ağır başa gələn aşınma müharibəsi aparmağa davam edirik

Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə vurğulayıb: “Nə qədər ki, düşmən təcavüz və müharibəyə davam edir, biz düşmənə qarşı bu ağrılı və baha başa gələn aşınma müharibəsini davam etdirəcəyik.”

HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Batalyonlarının sözçüsü Əl-Əqsa Tufanı əməliyyatının ildönümü münasibəti ilə deyib: “Sionist rejimin Məscidül-Əqsaya təcavüzü, qəsəbə salınması, yəhudiləşdirmə və fələstinli məhbusların hüquqlarının pozulması təhlükəli və misli görünməmiş həddə çatdıqdan sonra biz bu rejimə güclü önləyici zərbələr vurduq.”

Əbu Ubeydə bildirib: “Livan, İraq və Yəməndən pilotsuz təyyarələr işğal olunmuş Fələstinin səması üzərində uçaraq düşmənin mühüm mövqelərini hədəfə alır, onun təhlükəsizlik və müdafiə imkanlarını zəiflədir. Həm də ona çoxlu iqtisadi və hərbi ziyan vurmaqla yanaşı, bu rejimin tarazlığının itməsinə səbəb olurlar.”

Əl-Qəssam sözçüsü qeyd edib: “Nə qədər ki, düşmən təcavüz və müharibəyə davam edir, biz düşmən üçün bu ağrılı və baha başa gələn aşınma müharibəsini davam etdirəcəyik.”

Əbu Ubeydə vurğulayıb: “Terror Fələstin inqilabı tarixində heç vaxt azadlıqsevər və müqavimət hərəkatlarına son qoya bilməyib. Əgər terror təsirli olsaydı, işğalçılara qarşı müqavimət şəhid Şeyx İzzəddin əl-Qəssamın Cenində terror edilməsindən sonra bitərdi.”

O, çıxışının başqa bir hissəsində deyib: “İran İslam Respublikası Əl-Əqsa Tufanı əməliyyatının bir ili boyunca sionist düşməni vəhşətə salmaq məqsədi ilə Doğru Vəd 1 və Doğru Vəd  2 əməliyyatını həyata keçirib.”

Əbu Ubeydə həmçinin sionist əsirlərin həyatı üçün təhlükələrin gündən-günə artdığına diqqət çəkərək deyib: “Əsirlərin taleyi sionist rejimin nazirlər kabinetinin qərarından asılıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − twelve =