Efiopiya “Tiqray” və “Oromo” üsyançılarının liderlərini azad edir

Efiopiya “Tiqray” və “Oromo” üsyançılarının liderlərini azad edir

Efiopiya hökuməti rəsmi Əddis-Əbəbənin ölkədə hərtərəfli dialoqa başladığını bildirib və üsyançıların liderlərinin azad ediləcəyini elan edib.

SalamNews FransPress-əistinadla xəbər verir ki, Efiopiya hökuməti ötən gün, cümə günü ölkədə ixtilaflara və müharibələrə son qoymaq məqsədi ilə hərtərəfli dialoqun başlandığını elan edərək, danışıqların “Oromo” və “Tiqray” cəbhəsi liderlərindən bir sıra məhbusların azad edilməsi ilə başladığını qeyd edib.

Sərbəst buraxılacaq ən tanınmış şəxslər arasında “Tiqray Azadlıq Cəbhəsi”nin qurucularından biri olan Sibat Neqa və tanınmış siyasətçi Cövhər Məhəmməd də var.

Efiopiya hökuməti ötən ilin son iki ayında əks hücum həyata keçirərək, üsyançıların nəzarətə götürdüyü əraziləri geri alıb və Tiqray üsyançıların bölgəsinə çatanda hücumu dayandıraraq, dialoqa başladığını elan edib.

SalamNews .org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 15 =