Əfqanıstan hakimiyyəti KİV-də canlıların təsvirini qadağan edib

Əfqanıstan hakimiyyəti KİV-də canlıların təsvirini qadağan edib

Əfqanıstanın Lagman əyalətinin hakimiyyəti mediada insanların, heyvanların canlıların şəkillərini qadağan edib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistika Mərkəzinin məlumatında deyilir.

“Fəziləti təşviq etmək və pisliyin qarşısını almaq” üçün tabular bundan əvvəl Əfqanıstanın digər 18 əyalətində – ölkənin ümumilikdə 34 regionunda tətbiq olunub. Lagmanda dövlət televiziya kanalı RTA və dörd özəl radiostansiya fəaliyyət göstərir. Bildirilir ki, qadağa KİV-lərin sosial şəbəkələrindəki hesablarına da şamil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =