Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu

Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu

Əfqanıstanın böyüklüyünə görə üçüncü əyaləti olan Badgisdə televiziyanın fəaliyyəti dayandırılıb.

Bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi (AFJC) hüquq müdafiə təşkilatı məlumat yayıb.

Bildirilir ki, bu tədbirlər yerli hakimiyyətin reportajlarda canlı varlıqların göstərilməsinə qoyduğu qadağa ilə əlaqədar görülüb.

Təşkilat “Taliban” hərəkatının nümayəndələrini medianın azadlığını məhdudlaşdıran bu reqressiv tədbiri yenidən nəzərdən keçirməyə çağırıb.

“Əfqanıstan Jurnalistika Mərkəzi bu qərarla bağlı ciddi narahatlığını ifadə edir”, – deyə AFJC-nin bəyanatında bildirilib.

Xatırladaq ki, Əfqanıstanda avqustun sonunda nəşr olunan qanunlar məcəlləsinə görə, kişilərə saqqalı qırxmaq və cins şalvar geyinmək qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =