Ehud Barak: Netanyahunu devirməyə səfərbər olaq!

Netanyahunun İsraildəki kritik vəziyyətini vurğulayan Ehud Barak, israilliləri işğal olunmuş ərazilərdə Netanyahu rejimini devirmək üçün səfərbər olmağa çağırıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, sionist rejiminkeçmiş baş naziri Ehud Barak bu gün (4 fevral) deyib: Netanyahu bizi qaranlıq istibdad, korrupsiya və xarabalığın uçurumunda məhv etmədən əvvəl, biz onu devirməliyik.
İsrailin “Haaretz” qəzetində dərc olunan məqaləsində Ehud Barak yazıb: Netanyahu böhran içindədir və böyük problemlər yaradır. Həmas hələ də Qəzza zolağına nəzarət edir. Haredilər hərbi xidmətdən azad edən qanun, büdcə və 7 Oktyabr hadisələri ilə bağlı rəsmi bir araşdırma komitəsi yaratmaq üçün təzyiq bütün bu məsələlər Netanyahu rejiminin məhv əlamətidir və bu, çox yaxşı bir prosesdir.
Keçmiş İsrail rəsmisi əlavə edib: Netanyahunun hakimiyyətdə davam etməsi bizim azadlığımızı və kimliyimizi məhv edir. Bu, ağlasığmaz və qəbuledilməzdir. Ona görə də gəlin Netanyahu hökumətini birlikdə devirək.