Ekologiya naziri prezidentə cadu etdiyi üçün həbs olunub

Ekologiya naziri prezidentə cadu etdiyi üçün həbs olunub

Maldiv adalarının ekalogiya naziri Fatimə Salim, onun Prezident Aparatında işləyən keçmiş əri Adəm Ramiz və daha iki nəfər prezident Məhəmməd Muizzuya qarşı cadu etdiyi iddiası ilə həbs olunub.

Hafta.az-ın yazdığına görə, Maldiv adalarında yerləşən “SunOnline” portalının prezidentin sözçüsü Hina Ualidə əsaslanaraq verdiyi xəbərdə, nazirlər Salim və Ramizin ictimai vəzifələrindən azad edildiyi bildirilib.

Muizzu 2012-2018-ci illər arasında paytaxt meri olarkən, Salim və Ramiz şəhər şurasının üzvü kimi xidmət edirdilər və Muizzuya yaxın adlar kimi tanınırdılar. Bununla belə, hər iki adın son 5 ayda ictimaiyyətdən uzaq olduğu bildirilir.

Maldiv adaları polisi, Muizzu üzərində “qara sehr” edildiyi səbəbiylə 4 nəfərin həbs edildiyinə dair mətbuatda yer alan iddialara cavab verməyib. Bununla belə, onlar Salim, Ramiz və digər iki adla bağlı iş üzərində işlədiklərini etiraf ediblər.

Məlumata görə, nazir Salim və həyat yoldaşı Ramizin bir həftəlik həbsdə olduğu düşünülür. Male Şəhər Şurasının üzvü olduğu müddətdə prezident Muizzunun göstərişi ilə əvvəlcə dövlət naziri, sonra isə ətraf mühit naziri vəzifəsinə təyin edilən Salim, həyat yoldaşı Ramizlə birlikdə 6 ay həbs cəzasına məhkum edilə bilər.

Maldiv adalarında şəriət və Britaniya mülki qanunlarının təsiri ilə İslam hüquq sistemi kimi tanınan qarışıq hüquq sistemi var. Ölkənin cinayət qanunvericiliyinə görə, qara sehr, cadu və falçılıq kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Halbuki ölkədəki şəriət qanunları belə hallarda həmin şəxsə 6 aya qədər həbs cəzası verilməsini nəzərdə tutur.

Bu gün bir çox ölkələrdə dini və ənənəvi rituallar kontekstində ovsun vurmağın hüquqi ekvivalenti mövcuddur. Məsələn, Səudiyyə Ərəbistanında “qara sehrdən” istifadə etdiyi aşkarlanan hər kəsin cəzası ölümdür. Hətta cadugərliyin qarşısını almaq üçün vətəndaşların ixtiyarında olan “cadugərlik hesabatı xətti” də var. Oxşar vəziyyət İranda da mövcuddur. Şəriət qanunlarına əsasən, sehrlə məşğul olduğu aşkarlanan şəxslərə qarşı ağır cəzalar tətbiq edilir.

Bu iki ölkədən başqa Hindistanın bəzi əyalətlərində zorakılıq hadisələrinin qarşısını almaq üçün ənənəvi ayinlər çərçivəsində edilən sehr aşkarlanarsa, cəzalandırılır.

Dünyəvilik prinsipinin konstitusiyaya daxil edildiyi və dövlətin bütün inanc sistemlərindən bərabər məsafə saxlamasını tələb edən Türkiyədə vəziyyət bir az fərqlidir. Türkiyə Cəza Məcəlləsinin 158-ci maddəsində cadugərliyin 3 ildən 10 ilədək cəzalandırılacağı bildirilir. Bundan başqa, “sehrbazlara” 5 min günə qədər inzibati cərimə də tətbiq edilə bilər.

İngiltərədə axırıncı dəfə 1682-ci ildə cadugərlik ittihamı ilə mühakimə olunan bir şəxs edam edilmişdi. 1718-ci ildə Fransada, 1736-cı ildə Şotlandiyada, 1780-ci ildə İspaniyada və 1821-ci ildə İrlandiyada oxşar vəziyyət hökm sürürdü. Cadugərlik nümunələrinə bu gün rast gəlinsə də, görünən odur ki, cəmiyyətdə cadugərliyə tələbat ölkədən ölkəyə, bölgədən bölgəyə dəyişir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + fifteen =