Ekstrimist sionist nazir Ramazan ayında fələstinlilərin evlərinin dağıdılmasını istəyib

 Ekstrimist sionist nazir Ramazan ayında fələstinlilərin evlərinin dağıdılmasını istəyib

İfrat mövqelərinə görə son vaxtlar gərginliyin artmasına səbəb olan sionist rejimin daxili təhlükəsizlik naziri bu dəfə Ramazan ayında fələstinlilərin evlərinin dağıdılmasını istəyib.

Sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Quer bu rejimin polisindən mübarək Ramazan ayında işğal olunmuş Qüdsdə fələstinlilərin evlərinin sökülməsi əməliyyatının həyata keçirilməsini istəyib.

Ben Querin bu tələbi işğalçı rejimin son bir neçə ildə meydanda gərginliyin artmasının qarşısını almaq üçün müqəddəs Ramazan ayında fələstinlilərin evlərinin sökülməsini dayandırdığı bir vaxtda irəli sürülüb.

Sionist rejim mətbuatı evlərin sökülməsinin işğal altındakı Qüds və İordan çayının qərb sahilində vəziyyəti qızışdırmaq təhlükəsi yaratmasına baxmayaraq, bu rejim polisinin Ben Querin tələblərini həyata keçirməyə hazırlaşdığını bildirib.

“Ərəb 48” internet saytının xəbərinə görə, Ben Querin göstərişləri sionist rejimin səlahiyyətlilərinin fələstinlilər arasında gərginliyə səbəb olacaq hər hansı bir hərəkətlə bağlı xəbərdarlıq etdiyi bir vaxtda verilib.

Lakin o, bu xəbərdarlığa baxmayaraq, polisdən evlərin sökülməsini həyata keçirməyi tələb edib.

Sionist rejimin mətbuatı həmçinin bu rejimin baş naziri Benyamin Netanyahunun təhlükəsizlik qurumlarının rəsmiləri, o cümlədən, sionist ordunun baş qərargah rəisi Harzi Halevi, polisin baş müfəttişi Yakov Şebtai, Şin Bet rəhbəri Ronen Bar və Netanyahunun hərbi katibi Avi Gil ilə görüşdüyünü bildirib.

Onların hamısının razılığına əsasən, Ben Querin Şərqi Qüdsdə başladığı, bu müddət ərzində evlərin sökülməsi və ev tikməyə icazəsi olmadığı bəhanəsi ilə vergilərin artırılması əməliyyatının icrasına son qoyulmalıdır.

Bu xəbərə görə, Netanyahu Qüdsdə yaşayan fələstinlilərə qarşı bu əməliyyatları dayandırmağa razı salmaq üçün hərbi katibini Ben Querin yanına göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 1 =