Ekvadorda daşqınlar zamanı onlarla insan ölüb, paytaxtda matəm elan edilib

Ekvadorda daşqınlar zamanı onlarla insan ölüb, paytaxtda matəm elan edilib

Ekvadorun paytaxtı Kitoda yağan leysan yağışlar nəticəsində baş verən güclü daşqınlar nəticəsində azı 23 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şəhər hökuməti məlumat yayıb.

“İndiyədək 47 nəfər yaralanıb, 23 nəfər ölüb, 15 nəfər itkin düşüb”, – hökumətin tviter hesabında bildirilir.

Qeyd olunur ki, şəhərdə daşqın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib.

Bazar ertəsi Cənubi Amerika ölkəsinin paytaxtında güclü yağışlar yağıb və nəticədə bir neçə əsas nəqliyyat arteriyalarını su basıb. Daha əvvəl 18 nəfərin öldüyü bildirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =