Ekvadorda şənlik zamanı insanlar atəş açılıb, 5 nəfər ölüb
Ekvadorda keçirilən şənlik zamanı silahlı insident baş verib.
APA xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Quayakil şəhərində baş verən hadisədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
Silahlı şəxslər motosikletlə şənliyin keçirildiyi evə gəlib və qonaqlara atəş açıblar.
Hadisəni törədənlər ərazidən uzaqlaşıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Apa.az