Ekvadorda torpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb, ölənlər var
Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yenilənmiş məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib. “27 nəfər yaralanıb, 46 nəfər itkin düşüb”, – idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.
Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Report.az