Elə bir çiçək də bəsin! (şeir)
Yeri-göyü sevirsənsə
Bülbül bağı sevən qədər,
Yıxılanda, islananda
Demə ömür getdi hədər.
Qəmli oxu, oynaq oxu,
Amma səsin kəsilməsin.
Min bir budaq qırmısansa
Elə bir çiçək də bəsin.
Bir gün şirin, bir gün acı –
Ömrün alın yazısıdı.
Sev ki, soyuq küləklərdə
Könül eşqlə qızasıdı.
Aran Eyvaz
9 dekabr 2020, Qum