Əl Cəzirə: İsrail Beyruta hücumda 4 raket atıb

Əl Cəzirə: İsrail Beyruta hücumda 4 raket atıb

 Qətərin “Əl-Cəzirə” telekanalı etibarlı təhlükəsizlik mənbəsinə istinadən İsrail rejiminin Beyrut ətraflarında törətdiyi terror aktının təfərrüatlarını dərc edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əl-Cəzirə iddia edib ki, İsrail rejimi bu cümə axşam saatlarında Beyrut ətrafında yerləşən bir binaya hava hücumu zamanı Hizbullahın Rizvan bölməsinin komandirlərini hədəf alıb. Bu hücumda Rizvanın iclasda iştirak edən 20-dən çox komandiri şəhid olub.

Əl Cəzirə telekanalının bu istinadına görə, İsrail rejiminin döyüşçüləri tərəfindən bu binaya dörd raket atıldığı zaman bu binanın mənfi 2-ci mərtəbəsində Əl Rizvan Hizbullah qüvvələri iştirak edirmiş və bu hücum binanın tamamilə dağılmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + fourteen =