Əl-Əqsa məscidində Mübarək Ramazan ayının ilk cümə namazı qılınıb

Əl-Əqsa məscidində Mübarək Ramazan ayının ilk cümə namazı qılınıb

Qüds İslami Vəqflər İdarəsi bu gün 80 min fələstinlinin müqəddəs Ramazan ayının ilk cümə namazını Məscidül-Əqsada qıldığını açıqlayıb.

Yerli media bu namazın sionist rejimin təhlükəsizlik tədbirlərini gücləndirməsinə və fələstinlilərin ölkəyə daxil olmasının qarşısını almaq üçün çoxlu sayda əsgərinin olmasına baxmayaraq qılındığını bildirib.

Məscidül-Əqsa xətibi Əkrəmə Səbri cümə namazı başlamazdan əvvəl Əqsa ilə bağlı güzəştə yer olmadığını və bir qarışının belə təslim olmayacağını bildirib.

O, daha sonra vurğulayıb ki, ibadət edənlərin mövcudluğu və onların bura gəlmə həvəsi Məscidül-Əqsaya zərər vermək istəyənlər üçün bir mesajdır.

Məscidül-Əqsanın ayaqda qalmasının zəruriliyini vurğulayan Səbri Qəzzada baş verənlərin təəssüf doğurduğunu bildirib.

Məscidül-Əqsa xətibi işğalçıların Əl-Əqsa ətrafında sərt tədbirlər gördüklərinə və onu aylardır döyüş bölgəsinə çevirdiklərinə diqqət çəkib.

İşğalçı qüvvələr Əl-Əqsa məscidinin bəzi girişlərini bağlamaqla bu gün namaz qılan fələstinlilərin ölkəyə girişinin qarşısını alıb. Onlar həmçinin Qüdsdəki bütün tibb müəssisələrindən təcili yardım maşınlarının daxil olmasına mane olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + seven =