Əl-Əqsa Tufanı regionu və dünyanı necə dəyişdi?

Bu gün oktyabrın 7-si “Əl-Əqsa Tufanı” əməliyyatının birinci ildönümünə təsadüf edir. Müqavimət mehvəri bu bir ilin ərzində əhəmiyyətli nailiyyətlər qazandı, bunlardan ən əhəmiyyətlisi Fələstin məsələsinin qlobal diqqət mərkəzinə qayıtması oldu.

HƏMAS hərəkatının rəhbərlik etdiyi Fələstin müqaviməti 2023-cü il oktyabrın 7-də Qəzzə zolağı yaxınlığındakı hərbi bazalara və sionist yaşayış məntəqələrinə hücum edərək unikal sürpriz əməliyyata başladı və bu bazaları ələ keçirərkən onlarla sionisti əsir götürdü.

Bu gün Qəzzə zolağına qarşı müharibənin bir ili keçməsinə baxmayaraq, bu bölgənin müxtəlif bölgələrində işğalçı rejim hərbçiləri ilə müqavimət döyüşçüləri, xüsusilə də HƏMAS hərəkatı arasında şiddətli toqquşmalar davam edir.

Maraqlıdır ki, sionist İsrail rejiminin 2023-cü il oktyabrın 7-də Həmas hərəkatını məhv etmək və Qəzzə zolağındakı sionist məhbusları geri qaytarmaq kimi məqsədləri ilə başlatdığı bu müharibə öz məqsədlərinə çatmayıb və fələstinlilərin dirəniş göstərməsi nəticəsində işğalçılar pat vəziyyətə düşüblər. Bu səbəbdən sionist rehim ordusu müharibənin nəticəsindən məyus olub.

Qeyd edək ki, sionistlər Qəzzə zolağına quru yolu ilə daxil olmaq qərarına gəlməzdən əvvəl, qısa müddət ərzində müqavimət komandirlərinə qarşı sui-qəsd edə biləcəklərini və nəhayət, bu ərazidə müqavimətin işini bitirəcəklərini düşünürdülər, lakin bu gün bir illik müharibədən sonra müqavimət qrupları İsrail ordusuna ağır zərbələr endirir və işğal altındakı torpaqlara və hətta Tel-Əvivə raket hücumları davam edir.

Bu baxımdan, sionist media Qəzzə zolağı ilə müharibənin gedişi və sionist rejim əsgərlərinin itkilərinə toxunaraq, Netanyahunun ötən bir ildə müharibədə qalib gəlmək və HƏMAS-ın məhv edilməsi ilə bağlı vədlərinin boş və demaqoq olduğunu etiraf edir.

Əslində, on illərdir sionist düşmənin əsarətində mühasirəyə alınmış ərazidə və açıq həbsxanada yaşayan məzlum, lakin əziz və qüdrətli bir xalqın bütün çətinliklərə rəğmən özündən şücaət göstərməsi hamını heyrətdə qoymuşdur.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − one =