Əl Ərəbiyyəl Cədidə: Həmas yeni atəşkəs planı ilə razılaşdı

Əl Ərəbiyyəl Cədidə: Həmas yeni atəşkəs planı ilə razılaşdı

Misir mənbələri Həmasın Fitr bayramı ilə eyni vaxtda Qəzzada atəşkəs üçün yeni planla razılaşdığını bildirib.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Əl-Ərəbiyyəl Cədidə bu gün (29 mart) elan edib: Həmas Fitr bayramında Qəzzada atəşkəs üçün yeni planla razılaşdı və amerikalı əsgər Aydan Aleksandr və daha dörd əsirinin azad edilməsinə razılıq verdi.

Yuxarıdakı mənbələr vurğuladılar: Top indi İsrail və Amerikanın meydançasındadır.

Bir neçə saat əvvəl Misirin tanınmış rəsmisi Livanın “Əl-Əxbar” qəzetinə verdiyi müsahibədə ABŞ-ın əsir mübadiləsi sazişi ilə bağlı mövqeyinin daha müsbət olduğunu və yaxın saatlarda atəşkəs razılaşması üzrə danışıqlarda bir açılışın əldə olunacağına ümid etdiyimizi bildirmişdi.

Bundan əvvəl Həmas siyasi bürosunun üzvü Süheyl Əl-Hindi vasitəçilərlə intensiv danışıqlar aparıldığını və yaxın günlərdə atəşkəs üçün razılığa gələcəklərinə ümid etdiklərini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − three =