Əl-Əxbar: Səudiyyə Ərəbistanı Yəmənin sionist rejimi cəzalandırmasının qarşısının alınmasını istəyir

Əl-Əxbar: Səudiyyə Ərəbistanı Yəmənin sionist rejimi cəzalandırmasının qarşısının alınmasını istəyir

 Livanın “Əl-Əxbar” qəzeti Ər-Riyadın Tehrandan yəmənliləri sionist rejimi cəzalandırmaqdan çəkindirməsini istədiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əl-Əxbar qəzetinin Sənadakı mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında yəmənlilərin sionist rejimi cəzalandırmaqdan çəkindirmək üçün Tehrandan vasitəçilik istəyib.

Əl-Əxbar yazıb: Bir tərəfdən Səudiyyə Ərəbistanı Amerikanın sionist rejimə qarşı ən mühüm müdafiə xəttidir. Digər tərəfdən isə yəmənlilərin təhdidləri ilə üz-üzədir. Elə bu səbəbdən də Riyaz Yəmənin qarşısını almaq üçün İrandan vasitəçilik etməsini istəyib.

Məlumatda həmçinin deyilir: Hərbi mənbələr bu qəzetlə söhbətində sionist rejimin Aralıq dənizindəki qaz platformaları və işğal olunmuş Fələstinin limanlarında, xüsusilə də “Hayfa” limanında neft-qaz ehtiyatları ilə bağlı proqnozuna əsasən, “Aşdod” və digər bölgələr Yəmən ordusunun cəza əməliyyatlarının hədəfi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − seven =