Əl-Fariə düşərgəsində müqavimət İsrail əsgərləri ilə toqquşub
Bu gün, cümə günü, martın 15-də Fələstin mənbələri İordan çayının qərb sahilində Tubasın cənubunda yerləşən Əl-Fariə düşərgəsində müqavimət qüvvələri ilə işğalçı rejim əsgərləri arasında şiddətli toqquşma olduğunu bildirib.
Əl-Cəzirə telekanalının müxbiri bu gün səhər saatlarında İsrail işğalçı qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Tubasın cənubunda Əl-Fariə düşərgəsinə hücum etdiyini açıqlayıb.
Bu məlumatlara görə, Əl-Fariə düşərgəsindəki toqquşma zamanı İsrail əsgərlərinin yolunda bomba partladılıb. Yerli mənbələr toqquşmanın aşağıdakı görüntülərini yayıb.
İşğalçı rejimin Qəzzada müharibə və cinayət törətməsindən indiyədək 161 gün keçməsinə, mühasirəyə və aclığa baxmayaraq, İsrail humanitar yardım almaq üçün növbə gözləyən qaçqınlara və insanlara qarşı hücumlarını gücləndirib.
31 min 341 fələstinlinin şəhid olmasına, 73 min 134 fələstinlinin yaralanmasına baxmayaraq, İsrailin artilleriya hücumları davam edir. Bu gün Qəzzanın şimalındakı Şeyx Rizvan məhəlləsi, Əl-Küveyt meydanındakı didərginlər bombalanıb, Ən-Nusirat düşərgəsinə hücumu edilib və Beyt Lahiya və Deyrəl-Bələh bölgələri bombalanıb.
Əl-Fariə düşərgəsində bu səhər baş verən toqquşmalarla eyni vaxtda yerli mənbələr İsrail pilotsuz təyyarələrinin də Əl-Fariə düşərgəsinin səmasında patrul etdiyini açıqlayıb.