Əl Husi: Amerikalıların aqibəti çox pis olacaq

Əl Husi: Amerikalıların aqibəti çox pis olacaq

Yəmən Ali Siyasi Şurasının üzvü Amerikanın ölkəsinə hücumlarına reaksiya olaraq onların aqibətinin pis olacağı barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına əsasən, Məhəmməd Əli Əl Husi dünən (16 mart) deyib: Torpaq və suyumuzu viran edən amerikalıları gül-çiçəklə qarşılamayacağıq ki! Onları ən pis aqibətə düçar edəcəyik.

Əl Husi sonra deyib: Yəmənin dağ-düzənliyi siz amerikalılar tərəfindən işğal oluna bilməz. Bizim qəhrəmanlarımız vətənlərini qoruyacaq və sizə məğlubiyyətdən başqa bir şey qalmayacaq.

Yəmənin “Vəd olunmuş gün” hərbi təlimləri barədə Əl Husi izahat verərək deyib: Bu təlimlər öz-özündən həyata keçməyib. Bu, qəhrəmanlarımızın Quran və islam maarifinə dayaqlarının nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =