Əl Husi: Hegemoniya və istilaçılıq dövrü başa çatdı
Yəmən Ənsarullah Hərəkatının lideri sionist rejimin Qəzzə soyqırımına davam etmə israrına işarə edərək ABŞ-a xitabən deyib: Yəmənə hərbi təcavüzlə İngiltərənin məğlubiyyətin mirasına sahib olacaqsınız!
Əl Aləm telekanalının məlumata əsasən, Əbdül Malik Əl Husi həmçinin vurğulayıb: Hegemoniya, istilaçılıq və qətliam vasitəsilə quldarlıq dövrü başa çatıb. Amerikanın bu mübarizədə ağır ziyanları qətidir. Bundan artıq irəli gedərlərsə, vəziyyətləri daha da ağır və təhlükəli olacaq.
Əl Husi söhbətinin davamında qeyd edib: Amerika və İngiltərənin Yəmən ordusundan gördyü şahid olduğu məğlubiyyəti onları geri çəkməzsə, bundan sonrakı vəziyyətin daha ağır olacağına əmin olsunlar.
Ənsarullah lideri sonda deyib: Bu günə kimi onların 86 gəmisini hədəfə almıb Kruz raketləri ilə onları vurmuşuq. Bu ağır bədəldir.