Əl-Husi: İsrail və Amerikanın Qəzzada planları iflasa uğradı
Ənsarullah lideri Əbdülməlik əl-Husi Yəmənin Fələstin xalqına dəstək üçün əməliyyatlarını davam etdirəcəyini və İsrailin geri addım atmayacağı təqdirdə hərbi müdaxiləyə hazır olduqlarını açıqlayıb.
Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Yəmən silahlı qüvvələrinin mövqeyinin Fələstinli qrupların mövqeyi ilə uyğunlaşdığını və Qəzzada razılaşmanın icra mərhələsinə dəstək verəcəklərini bildirib.
Əl-Husi bu axşam televiziya çıxışında İsrailin soyqırım və gərginlik siyasətini davam etdirəcəyi təqdirdə Yəmənin hərbi əməliyyatlarının davam edəcəyini vurğulayıb.
Əl-Husi Qəzzada atəşkəs razılaşmasının elan edilməsini mühüm hadisə kimi qiymətləndirərək, İsrail və ABŞ-ın aylarla davam edən dəhşətli cinayətlərdən sonra razılığa gəlməli olduğunu bildirib.
Əl-Husi Yəmənin əməliyyatlarının İsrailə təsirinə diqqət çəkərək 1255 ballistik və hipersəs raketi, pilotsuz uçuş aparatı və döyüş gəmisindən istifadə edildiyini açıqlayıb. O, bu əməliyyatların İsrailin iqtisadi vəziyyətinə təsir etdiyini və Ben Qurion hava limanında uçuş hərəkətini pozduğunu vurğulayıb.
Bundan əlavə, əl-Husi bəyan edib ki, Yəmən qüvvələri Amerika donanmasına qarşı texnoloji və taktiki çətinliklərin öhdəsindən gəlib. O, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarının uğursuz olduğunu və bu hücumların Yəmənin müdafiə imkanlarını hədəf aldığını bildirib.
Əl-Husi Livandakı Hizbullahın müqavimətə ən böyük dəstəyi verdiyini və müharibədə mühüm rol oynadığını bildirib. O, Hizbullahın liderliyinə işarə edərək, Livan müqavimətinin İslam dünyasında ən böyük fədakarlıqlar etdiyini bildirib.
İraq müqavimətinin dəstəyini yüksək qiymətləndirən əl-Husi Fələstin xalqının müqavimətinin regional dəstəklə gücləndiyini bildirib.