Əl Husi: Terrorçu damğasının Ənsarullah üçün əhəmiyyəti yoxdur; Qəzza daha vacibdir

Yəmən Ali Siyasi Şurasının üzvü, terrorizmin tamamilə ABŞ-a yaraşan bir xüsusiyyət olduğunu, Yəmənin daim Qəzzaya dəstək olacağını vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Məhəmməd Əli Əl Husi bu gün (6 mart) ABŞ-ın Ənsarullahı terroru siyahısına salınma qərarına reaksiya olaraq Yəmənin prioritetinin Qəzzaya lazım olan materialları göndərmək olduğunu deyib.
Əli Əl Husi deyib: Qəzzaya yardımın qarşısını almaq Amerika terrorizmidir və Yəmənin dəniz əməliyyatları vasitəsilə Qəzzaya dəstəyi qanuni bir hərəkətdir.
Xatırladaq ki, dünən ABŞ dövlət katibi Marco Rubio, Ənsarullahın yenidən terrorçular siyahısına salınması barədə məlumat vermişdi.
Bundan əvvəl, Ənsarullah siyasi bürosu, Fələstin xalqının “Yəmən” silahlı qüvvələrinin sionist cinayətlərə qarşı mübarizə aparmağa davam etdiyini və ərəblərin Qəzza mühasirəsini sınamaq və fələstinlilərə kömək etmək üçün ciddi tədbirlər görməli olduqlarını vurğulamışdı.